Azərbaycan atletləri Türkiyədə keçirilmiş Balkan Qış çempionatı və İstanbul Kubokunda 2 medal qazanıblar. Federasiyanın mətbuat xidmətindən matc.az saytına məlumata görə, ən yaxşı nəticəni Nazim Babayev göstərib. 22 yaşlı idmançı Balkan çempionatında 3 təkanla 16,68 metr tullanaraq, gümüş medala sahib olub. Zəkiyyə Həsənova İstanbul Kubokunda 7,46 saniyə nəticə ilə bürünc medala yiyələnib. O, Balkan çempionatında isə eyni məsafədə finişə 7.37 saniyəyə 5-ci çatıb.

24 yaşlı atlet həm də Azərbaycanın iki rekordunu yeniləyib. Həsənova yeni qış rekorduna sahib çıxmaqla yanaşı, 2019-cu il Qış Avropa çempionatına Lisenziya qazanıb.

Teymur Salahzadə isə Balkan çempionatında 400 metr məsafəyə 50.52 saniyəyə çatmaqla yeniyetmələr arasında yeni qış Azərbaycan rekordu müəyyənləşdirib.

Qeyd edək ki, Balkan Qış çempionatı və İstanbul Kubokunda Azərbaycanı 8 atlet təmsil edib. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest