Futbol üzrə Macarıstan çempionatında 2022/23 mövsümünə start verilib. Matc.az xəbər verir ki, UEFA çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Ferentsvaroş" da yeni mövsümdə ilk matçına çıxıb.
 
Son çempion ilk turda "Puşkaş Akademiyası" ilə qarşılaşıb. "Qarabağ"ın rəqibi bu oyunun 90+4-cü dəqiqəsində Kristoffer Zakariassenin vurduğu yeganə qol sayəsində qələbə qazanıb – 1:0.
 
Xatırladaq ki, "Qarabağ"ın "Ferentsvaroş"la ilk oyunu avqustun 3-də Bakıda, cavab oyunu ayın 9-da Budapeştdə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest