"Neftçi"nin Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi "Rapid" itkiylə üzləşib. Matc.az xəbər verir ki, Vyana klubunun yeni transferi Patrik Qreyl sıradan çıxıb.
 
26 yaşlı yarımmüdafiəçi Avstriya Bundesliqasının 2-ci turunda "Klagenfurt"la görüşdə zədələnib. Komandasının səfərdə 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın 57-ci dəqiqəsində xəsarət alan Qreyl əvəzlənməli olub.
 
Futbolçunun "Neftçi" ilə ilk matçda iştirakı sual altındadır. Onun durumuna ətraflı müayinələrdən sonra aydınlıq gələcək.
 
"Neftçi"nin "Rapid"lə ilk oyunu avqustun 4-də Bakıda, cavab matçı isə avqustun 11-ndə Vyanada baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest