Fransanın "Renn" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi İtaliyanın "Bolonya" klubunun müdafiəçisi Artur Teateni transfer edib.
 
Bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb. Belçikalı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Fransızlar bu transfer üçün İtaliya klubuna 19 milyon avro ödəyiblər. "Bolonya"nın bonuslarla daha 3 milyon avro qazanmaq imkanı olacaq.
 
Teate peşəkar karyerasında "Ostende"də başlayıb. O, ötən mövsümün əvvəlində "Bolonya" tərəfindən icarəyə götürülmüşdü. Bu yay isə İtaliya klubu onun transfer hüquqlarını almışdı. "Bolonya"da ötən mövsüm 31 oyun keçirmiş mərkəz müdafiəçisi, 2 qol da vurub. 22 yaşlı futbolçu Belçika yığmasında da 3 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest