Macarıstanın "Ferentsvaroş" komandasının yarımmüdafiəçisi Kristoffer Zakariassen ölkə çempionatının ilk turunda "Puşkaş Akademiya"sı üzərində qazandıqları qələbədən (1:0) danışıb.

Macarıstanın "Ferentsvaroş" komandasının yarımmüdafiəçisi Kristoffer Zakariassen ölkə çempionatının ilk turunda "Puşkaş Akademiya"sı üzərində qazandıqları qələbədən (1:0) danışıb. Matc.az xəbər verir ki, 90+4-cü dəqiqədə vurduğu qolla komandasına qələbə qazandıran 28 yaşlı norveçli futbolçu, UEFA çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri oyunlardan da söz açıb:
 
"Mövsümün ilk turunda güclü rəqibə qalib gəldik. Hazırda hər iki yarışda yaxşı yerdəyik. Hamı "Qarabağ"la oyuna hazırdır. Bilirik ki, çətin oyun olacaq. Lakin hər şey öz əlimizdədir. Oyunçular yaxşı formada olsalar, qələbə qazanmaq üçün şansımız olacaq. çətin rəqiblə qarşılaşacağıq. 2 il əvvəl bu komanda haqqında bir az məlumat öyrənmişdim".
 
"Qarabağ"ın "Ferentsvaroş"la ilk oyunu avqustun 3-də Bakıda, cavab matçı avqustun 9-da Budapeştdə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest