Futbol üzrə UEFA çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Ferentsvaroş" oyunundan öncə baş tutacaq mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı müəyyənləşib. Matc.az xəbər verir ki, öncə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov media nümayəndələrinin suallarını cavablandıracaq:
 
2 avqust
17:45. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı
18:10 Media üçün açıq məşq (ilk 15 dəqiqəsi)
Məkan: "Azersun Arena"
 
2 avqust
19:15 "Ferentsvaroş"un baş məşqçisi Stanislav çerçesovun mətbuat konfransı
20:00 Media üçün açıq məşq (ilk 15 dəqiqəsi)
Məkan: Tofiq Bəhramov adına Respublika stadionu
 
Qeyd: Oyundan öncə və sonra mətbuat konfranslarında iştirak edəcək media nümayəndələrinin UEFA-nın tələbinə əsasən, FFP-2 tipli (N95) maskalardan istifadə etmələri məcburidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest