"Qarabağ"ın UEFA çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Bakıda Macarıstanın "Ferentsvaroş" komandası ilə keçirəcəyi ilk oyununa indiyədək satılmış biletlərin sayı məlum olub. Matc.az xəbər verir ki, oyun üçün 28 min bilet satılıb. Oyun gününə qədər bütün biletlərin satılacağı şübhə doğurmur.
 
"Qarabağ"ın "Ferentsvaroş"la ilk oyunu avqustun 3-də Bakıda, cavab matçı ayın 9-da Budapeştdə keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest