Avropa Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" – "Rapid" (Vyana) oyununun biletləri "Bakcell Arena" stadionunun kassalarında satışa çıxarılıb. Matc.az xəbər verir ki, biletlərin qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 (3B) və 10 (VİP, 3A) AZN təşkil edir.
 
Biletlərin satışı "Iticket.az"ın məntəqələrində, həmçinin onlayn şəkildə də davam edir. Biletləri onlayn əldə etmək istəyənlər aşağıdakı keçidə daxil ola bilərlər:
 
https://iticket.az/events/sport/neftci-pfk-rapid
 
Qeyd edək ki, avqustun 4-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" – "Rapid" oyununa saat 21:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest