Macarıstanın "Ferentsvaroş" klubunun futbolçusu Henri Uinqo zədələnib. Matc.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Stanislav çerçesov açıqlama verib.
 
Rusiyalı məşqçi bildirib ki, ABŞ-dan olan 27 yaşlı müdafiəçi Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununu buraxacaq.
 
Avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək bu qarşılaşmaya saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest