Lənkərandakı Heydər Əliyev Mərkəzində Cənub Regional Futbol Federasiyasının (CRFF) hesabat-seçki konfransı keçirilib. Matc.az xəbər verir ki, tədbirdə 9 rayondan səlahiyyətli nümayəndə iştirak edib.
 
Konfransın qonaqları arasında AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, Həvəskarlar Futbolu Federasiyası prezidenti Rüfət Əmirov və digərləri olub.
 
Konfransda öncə ötən müddətdə görülən işlər barədə yazılı və viderolik şəkilində hesabat təqdim olunub, fikirlər dinlənilib, müzakirələr aparılıb. Daha sonra CRFF-in prezidenti postuna seçkilər keçirilib. Qurumun hazırkı rəhbəri Sakin Məmmədzadə yekdilliklə yenidən prezident seçilib. O, daha 5 il federasiyaya rəhbərlik edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest