Avstriyanın "Rapid" (Vyana) komandasının Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsi açıqlanıb. Matc.az xəbər verir ki, Vyana təmsilçisinin baş məşqçisi Ferdinand Feldhofer siyahıya 24 oyunçu daxil edib.
 
Onların arasında 2 qapıçı, 7 müdafiəçi, 10 yarımmüdafiəçi və 5 hücumçu var.
 
Qapıçılar: 21. Bernhard Unger, 25. Paul Qartler;
 
Müdafiəçilər: 4. Emanuel Ayvu, 6. Kevin Vimmer, 17. Kristofer Diban, 19. Mixael Sollbauer, 20. Maksimilian Hofmann, 22. Martin Kostselnik, 23. Yonas Auer;
 
Yarımmüdafiəçilər: 5. Roman Kerşbaum, 7. Nikolas Gerrit-Kün, 8. Kristof Knasmüllner, 13. Torsten Şik, 14. Aleksa Peyiç, 16. Deyan Petroviç, 24. Patrik Qrayl, 27. Marko Qrüll, 29. Ante Bayiç, 42. Lion Şuster;
 
Hücumçular: 9. Qvido Burqştaller, 18. Oliver Ştrunts, 38. Ferdi Dreyf, 39. Rene Krivak, 41. Bernhard Zimmerman.
 
"Neftçi" və "Rapid" arasında ilk oyun avqustun 4-də Bakıda, cavab matçı isə avqustun 11-də Vyanada keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest