çempionlar Liqasının 1/8 final mərhələsində azarkeşlər erkən final izləyəcəklər. Matc.az saytı xəbər verir ki, turnirin favoritləri arasında göstərilən "Liverpul"la "Bavariya" üz-üzə gələcək.

Münhen təmsilçisi "qırmızılar"ın baş məşqçisi Yurgen Kloppa tanış rəqibdi. çünki o, karyerası ərzində "Bavariya" ilə tez-tez qarşılaşıb. Ancaq "Liverpul" onun rəhbərliyi altında Bundesliqa çempionu önündə ilk sınağına sabah çıxacaq. ümumiyyətlə, 2001-ci ildəki UEFA Superkubokundan bəri bu komandalar ilk dəfə üz-üzə gələcəklər.

Klopp məşqçilik karyerasında "Bavariya"ya qarşı 33-cü dəfə komanda meydana buraxacaq. 51 yaşlı mütəxəssis indiyə qədər bu rəqib üzərində 9 qələbəyə sevinibsə, 19 dəfə məyus olub və 4 görüşdə bərabərlik qeydə alınıb.

UEFA "Maynz" və Dortmund "Borussiya"sının sabiq çalışdırıcısı Yurgen Kloppun "Bavariya"ya qarşı ən yaddaqalan 5 oyununu fərqləndirib.

 

25.05.2013: çempionlar Liqası, final

"Bavariya" - "Borussiya" - 2:1
Klopp bir müddət əvvəl "Guardian"a açıqlamasında həmin görüşü "acınacaqlı" adlandırıb və heç vaxt yenidən nəzərdən keçirmədiyini söyləyib. 1997-ci ildəki çempionluqdan sonra "Borussiya" növbəti dəfə titulu qazanmaq istəyirdi. Ancaq Aryen Robbenin son dəqiqələrdə vurduğu qol Kloppun xəyallarını puç edib.

 

12.05.2012: Almaniya kuboku, final

"Borussiya" - "Bavariya" - 5:2
Bu qarşılaşmada sonradan "Bavariya"nın yolunu tutan Robert Levandovski het-trikə imza atıb. Bu, həm də münhenlilərin final oyununda ən böyükhesablı məğlubiyyəti kimi yadda qalıb. Klopp həmin görüşü belə xatırlayıb: "Bu, başıma gələ biləcək ən gözəl şeydi".

 

26.02.2011: Almaniya çempionatı

"Bavariya" - "Borussiya"  1:3
"Borussiya" 18 oyunluq qələbəsizlik seriyasında Münhendə son qoyub. üstəlik, həmin matçda Dortmund klubunun meydandakı futbolçularının orta yaş həddi 22,3 idi. Bu isə "Borussiya" tarixinin ən gənc komandası olub. Nuri Şahinin möhtəşəm qolu isə hələ də azarkeşlərin yadındadı.

 

12.09.2009: Almaniya çempionatı

"Borussiya" - "Bavariya" - 1:5
Buna qədər Klopp "Maynz" və "Borussiya"nın rəhbərliyi altında "Bavariya"ya qarşı 11 oyunun heç birində qələbə qazanmamışdı - 2 heç-heçə, 9 məğlubiyyət. 2009-cu ildəki acınacaqlı məğlubiyyət bu seriyanı bir oyun da uzadıb.

 

24.01.2006: Almaniya kuboku, 1/4 final

"Bavariya" - "Maynz" - 3:2
Klopp "Bavariya"ya qarşı ardıcıl 4-cü oyununda məğlubiyyətə üzülüb. Bu dəfə komandası rəqibə əməlli-başlı çətin anlar yaşatmağı bacarıb. Münhenlilər yalnız əlavə olunmuş dəqiqələrdə vurduğu qol sayəsində mərhələ adlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest