"Bu gün bərpa məşqi keçdik və səhvlərimizi aradan qaldırdıq. Sabah isə Bakıya uçacağıq".

"Bu gün bərpa məşqi keçdik və səhvlərimizi aradan qaldırdıq. Sabah isə Bakıya uçacağıq". Matc.az xəbər verir ki, bunu Macarıstanın "Ferentsvaroş" komandasının baş məşqçisi Stanislav çerçesov UEFA çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri ilk oyun barədə danışarkən deyib.
 
Rusiyalı mütəxəssis uzun və yorucu səfərə çıxacaqlarını bildirib: "Budapeştdən Azərbaycan paytaxtına yol yaxın, rəqib isə sıradan komanda deyil. "Qarabağ" Polşa "Lex"i və İsveçrə "Sürix"ini layiqli şəkildə keçdi. Müntəzəm olaraq avrokubokların qrupunda çıxış edirlər. Bir sözlə, çətin olacaq, amma bu mərhələdə başqa yol yoxdur".
 
Avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq "Qarabağ" - "Ferentsvaroş" matçına saat 20:00-da start veriləcək. Cavab matçı isə avqustun 9-da Budapeştdə keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest