İspaniyalı hücumçu Borxa Mayoral Madrid "Real"ından ayrılıb. Matc.az xəbər verir ki, 25 yaşlı futbolçu La Liqanın digər təmsilçisi "Xetafe"yə transfer olunub.
 
Bu barədə hücumçunun yeni klubu məlumat yayıb. Tərəflər 5 illik müqaviləyə imza atıblar. "Xetafe" bu transfer üçün paytaxt klubuna 10 milyon avro ödəyəcək.
 
Mayoral "Real"ın öz yetirməsidir. O, 2015-ci ildən Madrid təmsilçisinin əsas komandasında oynamağa başlayıb. Lakin o, bu komandada cəmi 33 oyun keçirib, 7 qol vurub. Hücumçu "Volfsburq", "Levante" və "Roma" kimi klublarda icarədə oynayıb. Mayoral geridə qalan mövsümün ikinci hissəsini də məhz "Xetafe"də icarədə keçirmişdi. O, burada 18 oyuna 6 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest