"Yuventus"dan ayrılan Aaron Remzinin yeni klubu məlum olub. Matc.az xəbər verir ki, uelsli yarımmüdafiəçi karyerasını Fransada – "Nista"da davam etdirəcək.
 
Bu barədə Liqa 1 təmsilçisinin saytı məlumat yayıb. O, yeni klubuna azad agent kimi keçib.
 
Remzi 2019-cu ildən "Yuventus"da oynayırdı.
 
"Nitsa" Moskva "Lokomotiv"indən yarımmüdafiəçi Aleksis Beka Bekanı da transfer edib. 21 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb. Fransa klubu bu keçidə görə Rusiya təmsilçisinə 12 milyon avro ödəyib. 
 
Aleksis Beka Beka Fransanın "Kan" klubunun yetirməsidir. O, 2021/22 mövsümünün əvvəlində "Lokomotiv"ə keçmişdi. Fransalı futbolçu ölkəsinin gənclərdən ibarət yığmasında da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest