"Ferentsvaroş" (Macarıstan) çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la Bakıdakı ilk matç üçün Azərbaycana yola düşüb. 
 
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Macarıstan təmsilçisi Bakıya çatdıqdan sonra, bu gün saat 19:15-də komandanın baş məşqçisi Stanislav çerçesovun mətbuat konfransı keçiriləcək. Saat 20:00-da isə "Ferentsvaroş" görüşdən əvvəl son məşqinə çıxacaq. 
 
"Qarabağ" – "Ferentsvaroş" oyunu sabah saat 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest