Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" - "Rapid" oyunu öncəsi baş məşqçi Laurentsiu Regekampf və futbolçu Azər Salahlının iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Matc.az xəbər verir ki, tədbir avqustun 3-də saat 17:30-dan etibarən "Bakcell Arena"da keçiriləcək.
 
Konfransdan sonra, saat 18:00-da isə komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.
 
Eyni məkanda həmin gün saat 19:15-də "Rapid"in mətbuat konfransı, 20:00-da isə komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.
 
Qeydiyyatdan keçmiş jurnalistlərə avqustun 3-də saat 12:00-dan etibarən "Bakcell Arena"da "Neftçi TV"nin ofisində oyun üçün akkreditasiyalar təqdim ediləcək. Mətbuat konfransında iştirak edəcək media nümayəndələrindən tibbi maskadan istifadə etmək xahiş olunur.
 
Hər iki komandanın mətbuat konfransı və açıq məşqinin "Neftçi TV" vasitəsilə canlı yayımlanması nəzərdə tutulub.
 
Avqustun 4-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" – "Rapid" matçına saat 21:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest