"Viborq" doğma meydanda Farer adaları təmsilçisini darmadağın edib. "Styaua" isə səfərdə Slovakiya təmsilçisinə qalib gəlib.

Bu gün Avropa Konfrans Liqasında 3-cü təsnifat mərhələsi start götürüb. Matc.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib.
 
"Jil Visente" və "Volfsberger" bu gün yeni avrokubok mərhələsində ilk oyunlarına çıxıb. Hər iki komanda turnirə bu mərhələdən qatılıb və startda heç-heçə oynayıblar. "Viborq" doğma meydanda Farer adaları təmsilçisini darmadağın edib. "Styaua" isə səfərdə Slovakiya təmsilçisinə qalib gəlib.
 
Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
3 avqust
 
Riqa (Latviya) – Jil Visente (Portuqaliya) 1:1

Viborq (Danimarka) – B36 Torshavn (Farer adaları) 3:0

Volfsberger (Avstriya) – Qzira Yunayted ((Malta) 0:0

Dunayska Streda (Slovakiya) – Styaua (Rumıniya) 0:1

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest