Macarıstanın "Ferentsvaroş" klubu UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəyi oyunlardan əvvəl sifariş ərizəsində son anda daha 2 dəyişiklik edib.

Macarıstanın "Ferentsvaroş" klubu UEFA çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəyi oyunlardan əvvəl sifariş ərizəsində son anda daha 2 dəyişiklik edib. Matc.az xəbər verir ki, rusiyalı baş məşqçi Stanislav çerçesov iki hücumçunu iştirak ərizəsinə saldırıb.
 
O, fransalı yarımmüdafəçi Ksavye Mersye və nigeriyalı hücumçu Forçun Basseyi Mərakeş əsilli belçikalı Rayan Mmae və braziliyalı Markinyosla əvəzləyib.
 
Qapıçılar: Adam Boqdan, Deneş Dibus, Marsell Kovaç, Sabolç Merql, öri Levente;
 
Müdafiəçilər: Adnan Kovaçeviç, Endre Botka, Eldar çiviç, Rasmus Telander, Mats Knuster, Lorand Paska, Sami Mmae;
 
Yarımmüdafiəçilər: Məhəmməd Beşiç, Aissa Laiduni, Anderson Esiti, Kristoffer Zakariassen, Stepan Lonçar, Balint Veçei, Oliver Nad;
 
Hücumçular: Adama Traore, Karlos Auski, Frank Boli, Markinyos, Rayan Mmae, Tokmak Nquen, Damir Redjiç, Norbert Kayan, Kristian Listeş.
 
"Qarabağ" "Ferenstvaroş"a qarşı ilk matçını bu gün Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest