"Neftçi"nin Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində rəqibi olan Avstriyanın "Rapid" klubu mərkəz müdafiəçisi Emanuel Ayvunu Bakıya gətirməyib. Matc.az xəbər verir ki, 21 yaşlı Nigeriya əsilli futbolçuya İtaliyanın A Seriyasının debütantı "Kremoneze" ilə danışıqlar aparmaq və tibbi müayinədən keçmək üçün yeni klubunun düşərgəsinə getməyə icazə verilib.
 
Vyana klubu italyanlardan Avstriyanın U-21 millisinin üzvü üçün 4 milyon avroya yaxın transfer haqqı alacaq. Futbolçunun ötən mövsüm "Admira"dan bu kluba 600-750 min avroya transfer olunduğunu nəzərə alsaq, bu, "Rapid" üçün gözəl sövdələşmə sayılır.
 
"Neftçi" "Rapid"ə qarşı ilk oyununu sabah Bakıda, cavab görüşünü isə avqustun 11-də Vyanada keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest