Türkiyə Superliqasının XXII turunda "Konyaspor"u qəbul edən "Fənərbaxça" rəqibi ilə bərabərə qalıb (1:1). Matc.az saytı yerli mətbuata istinadən xəbər verir ki, bununla "sarı-lacivərdlilər" son 28 ilin ən zəif göstəricisinə imza atıb.

Belə ki, cari mövsüm "Şükrü Saraçoğlu"da 11 oyun keçirən İstanbul nəhəngi 16 xal itirib. Komandanın evdə ən uğursuz mövsümü isə 1990-91-ə təsadüf edib. Həmin vaxt "Fənər"ə Lui van Qal rəhbərlik edib. Maraqlıdı ki, bu mövsüm də digər hollandiyalılar Koku və Ronald Kuman Türkiyə klubunu çalışdırıb.

"Fənərbaxça" bu mövsüm öz meydanında 4 dəfə qələbə qazanıbsa, 2 görüşdə uduzub, 5 matçda isə heç-heçə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest