"Neftçi"nin müdafiəçisi Azər Salahlı Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Bakıda Avstriyanın "Rapid" klubuna qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Sabah bizi ağır qarşılaşma gözləyir. Bu matçda qələbə qazanıb, cavab görüşünə üstün yollanmaq istəyirik".
 
28 yaşlı sol cinah müdafiəçisi Kipr "Aris"i ilə 2-ci təsnifat mərhələsinin cavab oyununu (3:0) unutduqlarını bildirib: "ötən mərhələnin cavab görüşündə yaxşı qələbə qazandıq. Hazırda komandada ab-hava çox yaxşıdır. Ancaq "Aris"lə görüş artıq geridə qalıb. Bütün diqqətimiz sabahkı qarşılaşmayadır".
 
"Neftçi" "Rapid"ə qarşı ilk oyununu avqustun 4-də Bakıda, cavab görüşünü isə avqustun 11-də Vyanada keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest