"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Macarıstanın "Ferentsvaroş" komandasına qarşı keçirdikləri ilk oyunu şərh edib. Matc.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 1:1 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"çox gərgin və maraqlı oyun oldu. Dünən də bildirdmişdim ki, rəqib topla davranmağı bacaran komandadır. Matçın əvvəlləri çətin keçsə də, get-gedə vəziyyətə nəzarətə əla ala bildik. Ən çox mübrizə apardığımız oyun oldu. Sonadək bacardığımız üçün sevinirəm. Böyük istək və əzmlə çalışırıq ki, cavab görüşünə hazır olaq. Səfərdə yaxşı mübarizə aparıb, mərhələni keçməyə çalışacağıq. Azarkeşlərimizə də təşəkkür edirəm. Daim komandamızın arxasında dururlar".
 
50 yaşlı mütəxəssis VAR sisteminin müdaxiləsindən sonra qollarının qeydə alınmamasına münasibət bildirib: "Ədalət olanda əlavə fikirlər yaranmır. Mən tərəfdarıyam ki, səfər matçında da düzgünlük olsun. Məncə, buna öyrəşməliyik".
 
Qurbanov komandasının son dəqiqələrdə geridə paslaşmasına aydınlıq gətirib: "Bəzən özümüz meydanda olmalıyıq ki, futbolçuların nəyə əsasən qərar qəbul etdiklərini bilək. Biz geriyə nadir hallarda oynayırıq. Sadəcə, həmin anlarda rəqib müdafiəni yaxşı bağlamışdı. Həm də matçın sonları idi, yorğunluq var idi. Ola bilsin ki, buna görə özünəinam azalsın. İlk oyun idi, məğlub olmamışıq. Bu epizodlar futbolun bəzən görünən hissələrindən biri idi"
 
O, Toral Bayramova sərt reaksiya verdiyi epizodu da şərh edib: "Sadəcə, oyun epizodu idi. Əsəbilik yox, gərginlik oldu".
 
Təcrübəli mütəxəssis matçdan sonra rəqib komandanın baş məşqçisi Stanislav çerçesovla aralarındakı söhbəti də açıqlayıb: "Ovusunun epizodu ilə bağlı danışdıq. Bildirdi ki, topu qapıya vurmaq istəyirdi. Dedim ki, narahat olma, qol olsaydı, biz də buraxacaqdıq".
 
Baş məşqçi komandasının hər oyunda qol buraxdıqdan sonra özünə gəldiyi ilə bağlı suala belə cavab verib: "Yatmışdı ki, komanda? Biz dırnaqarası danışmırıq. Nə var, onu deyirik. Hava isti, oynamaq çətin idi. Futbolçularımız meydanda daha ayıq oynayır. çalışırıq ki, matça tam hazır olaq. Qol buraxsaq da, mübarizə aparırıq. ümumiyyətlə, top buraxmamağa çalışırıq. Amma rəqibin gücünü nəzərə alsaq, bu, normaldır. Bütün düşüncəmiz ondadır ki, daha etibarlı oynayaq və sınmayaq. Hər hansı oyunu 5:0 hesabı ilə də uda bilərik. Əsas özünəinamdır. İnanın ki, futbolçular meydanda yatmırlar. Qalib gəlməyə, daha artığını etməyə çalışırlar. Baxımlı futbol oynamaq istəyiriksə, qol vurmalıyıq. Bu halda boşluqlar da olacaq".
 
Qurbanov 1:1 hesablı nəticəni ədalətli hesab etdiyini vurğulayıb: "Ona görə yox ki, bu gün bəzi futbolçularımız meydanda yox idi. Qarşıda daha bir görüş var. ümumi gedişata baxsaq, ədalətli nəticə idi. Şanslar əvvəlkitək bərabərdir. Səfərdə daha yaxşı mübarizə aparmalıyıq. Məğlubiyyət haqqında düşünmürük. Amma uduzsaq da, dünyanın sonu deyil. çempionlar Liqasında rəqiblər tam başqadır".
 
Baş məşqçinin sözlərinə görə, İsveçrə "Sürix"i ilə səfər matçındakı yorğunluq bu qarşılaşmaya da təsir edib: "Beş futbolçumuz həmin görüşdə çox yoruldu. Bərpa olunmaları üçün çox vaxt lazım oldu".
 
Qurbanov zədəli Maksm Medvedevin durumuna da toxunub: "Hələ bilinmir. Bel zədəsi elədir ki, vaxt qoya bilmirsən. Müəyyən müddətdən sonra fikir bildirmək olar".
 
O, rusiyaı futbol mütəxəssislərinin matçdan öncə "Ferentsvaroş"u daha şanslı saymalarına önəm vermədiyini söyləyib: "Rusiyalı mütəxəssislərin bizi zəif hesab etdiklərini düşünmürəm. Sadəcə, öz həmyerlilərinə dəstək olurlar, ona güvənirlər. Biz o cür hisslərə qapılmamalıyıq".
 
Bu komandalar arasında cavab matçı avqustun 9-da Budapeştdə keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest