Azərbaycan UEFA reytinqində 2022/23 mövsümü üçün xal ehtiyatını yenidən artırıb. Matc.az xəbər verir ki, bu, "Qarabağ"ın UEFA çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Macarıstan "Ferentsvaroş"u ilə ev oyunundakı heç-heçəsi (1:1) sayəsində mümkün olub.
 
Bu nəticə hazırda avrokuboklarda 2 komanda ilə təmsil olunan ölkəmizin aktivinə daha 0.125 xal gətirib. Lakin Azərbaycan bu mövsüm üzrə xal sayını 1.375-ə, son 5 mövsümdə isə 14.000-ə çatdırmasına baxmayaraq, 29-cu pillədə qalıb.
 
28-ci sırada 15.125 xalla Polşa qərarlaşıb. Azərbaycanın əsas izləyiciləri isə 12.375 xala malik Sloveniya və Qazaxıstandır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest