Macarıstanın "Ferentsvaroş" komandasının qapıçısı Dibus Deneş UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirdikləri ilk oyunu şərh edib.

Macarıstanın "Ferentsvaroş" komandasının qapıçısı Dibus Deneş UEFA çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirdikləri ilk oyunu şərh edib. Matc.az xəbər verir ki, o, Bakıda baş tutan və 1:1 hesabıyla başa çatan matçla bağlı bunları deyib:
 
"İkinci hissədə hesabı qorumağa önəm verdik. Şərait ağır idi, hava çox isti oldu. Qarşılaşma "Qarabağ"ın xeyrinə bitə bilərdi. Onların şansları var idi. Səfərdəki heç-heçədən narazı qala bilmərik. Buraxdığımız qolda bəxtimiz gətirmədi. "Qarabağ"ın yaxşı komanda olduğunu gördük. Bildiklərimiz ikinci oyunda bizə lazım olacaq. Azarkeşlərimizin önündə qalib gəlməyə çalışacağıq".
 
"Qarabağ"la "Ferentsvaroş" arasındakı cavab matçı avqustun 9-da Budapeştdə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest