Macarıstanın "Ferentsvaroş" komandasının hücumçusu Frank Boli UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirdikləri ilk oyunu şərh edib

Macarıstanın "Ferentsvaroş" komandasının hücumçusu Frank Boli UEFA çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirdikləri ilk oyunu şərh edib. Matc.az xəbər verir ki, o, Bakıda baş tutan və 1:1 hesabıyla başa çatan matçla bağlı bunları deyib:
 
"Sərt rəqibə qarşı oynadıq. Müdafiədə bütün gücümüzdən istifadə etməli olduq ki, onların əsasında hücumlar yaradaq".
 
Komandasının yeganə qolunu vuran 29 yaşlı hücumçu bildirib ki, evdə oynayacaqları cavab qarşılaşmasında üstünlüyə malik olacaqlar. O, səbəb kimi doğma azarkeşlər önündə çıxış edəcəklərini göstərib.
 
Fil Dişi Sahilindən olan forvard hansı mövqedə oynadığını deyə bilməyib: "Baş məşqçimiz Stanislav çerçesov mənə bildirdi ki, sağ cinahdan mərkəzə mümkün qədər çox yardımçı olum. Mən də bu təlimatlara əməl etdim".
 
Boli komandadan gedəcəyi barədə şayiələrə də reaksiya verib: "Hazırda mən "Ferentsvaroş"dayam və yalnız bu komandanı düşünürəm".
 
"Qarabağ"la "Ferentsvaroş" arasındakı cavab matçı avqustun 9-da Budapeştdə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest