2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" klubu daha bir futbolçunun keçidini həyata keçirib. Matc.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Braziliyanın aşağı liqa təmsilçiləri – "Rolandia", "Atletiko Asisense" və PSTC klublarında çıxış etmiş hücumçu Ouro-Nil Ture ilə 1+1 illik müqavilə imzalayıb.
 
23 yaşlı toqolu futbolçu yeni komandasında "70" nömrəli formada çıxış edəcək.
 
Qeyd edək ki, bu mövsümdən etibarən "Sumqayıt" klubu strategiyasını dəyişərək, legioner futbolçu transfer etməyə başlayıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest