"Şamaxı" klubu yeni loqosunda yaranma tarixini dəyişib. Matc.az xəbər verir ki, bu barədə "Şamaxı"nın İdarə Heyətinin sədri Elçin Usub jurnalistlərə açıqlamasında məlumat verib.
 
O, klubun loqosunda 1997-ci ildə yaradılmış "Xəzər Universiteti" komandasının təsis ilini götürdüklərini açıqlayıb:
 
"Varislik məsələsi uzun müddət müzakirə olundu. Bunun üzərində çox dayanmaq istəməzdim. Bəli, 1997-ci il "Xəzər Universiteti"nin yaranması ilə bağlıdır. Biz kökümüzü "Xəzər Universiteti"nin yaranmasından götürürük".
 
"Şamaxı"nın təqdimat mərasiminə dəvət olunmuş sabiq "Xəzər Universiteti"nin təsisçisi və prezidenti Hamlet İsaxanlı isə bölgə komandasına xeyir-dua verib.
 
"Xəzər Universiteti"nin də varisi sayılan "İnter"də yaradılış tarixi kimi 2004-cü il göstərilirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest