Futbol üzrə Ukrayna yığmasının yarımmüdafiəçisi Aleksandr Zubkov Macarıstanın "Ferentsvaroş" klubundan ayrılıb. Matc.az xəbər verir ki, o, Donetsk "Şaxtyor"una keçib.
 
26 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 5 illik müqaviləyə imza atıb. Transferin digər detalları açıqlanmayıb.
 
Zubkovun Budapeşt klubu ilə sözləşməsi 2024-cü ilədək idi. Lakin komandanın rusiyalı baş məşqçisi Stanislav çerçesov onu çempionlar Liqasının oyunlarına sifariş etmirdi.
 
"Ferentvaroş" UEFA çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"ın rəqibidir. Bu iki komanda arasında Bakıda keçirilmiş ilk matç heç-heçə bitib - 1:1. Cavab görüşü avqustun 9-da Macarıstan paytaxtında baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest