Azərbaycan millisi martın 25-də Litva ilə yoldaşlıq görüşü keçirəcək. Bu, komandaların 3-cü dueli kimi yadda qalacaq. İlk oyun 1998-ci il iyunun 26-na təsadüf edib. Estoniyanın Vilyandi şəhərində baş tutan beynəlxalq turnirdə yığmamıza Vaqif Sadıqov rəhbərlik edib.

Azərbaycan millisi martın 25-də Litva ilə yoldaşlıq görüşü keçirəcək. Matc.az saytının məlumatına görə, bu, komandaların 3-cü dueli kimi yadda qalacaq.

İlk oyun 1998-ci il iyunun 26-na təsadüf edib. Estoniyanın Vilyandi şəhərində baş tutan beynəlxalq turnirdə yığmamıza Vaqif Sadıqov rəhbərlik edib. Rasim Abuşov (30) və Vyaçeslav Lıçkinin (58) qolları millimizə 2:1 hesablı qələbə qazandırıb.

Komandaların ikinci dueli bundan 10 il sonra - 2008-ci ildə olub. Berti Foqtsun təyinatı öncəsi Vilnüs şəhərindəki yoxlama görüşünə komandamızı Nazim Süleymanov çıxarıb. Martın 26-dakı oyunda litvalılar 1:0 hesablı qələbə qazanıb. Millimizin heyətində Elnur Allahverdiyev 34-cü dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

Qeyd edək ki, Azərbaycan - Litva oyunu "Bakcell Arena"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest