Türkiyənin "Kayserispor" klubu iki futbolçusu ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi rumıniyalı qapıçısı Silviu Lunq və braziliyalı yarımmüdafiəçisi Qustavo Kampanyaro ilə vidalaşıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Maraqlıdır ki, hər iki futbolçu ərəb ölkələrinə üz tutub. Lunq Səudiyyə Ərəbistanının "Əl-Raed" klubuna transfer olunub. Kampanyaro isə Birləşmiş Ərəb Əmirliklərinin "Xor Fakkan" klubu ilə müqavilə bağlayıb.
 
Silviu Lunq 2017-ci ildən "Kayserispor"da çıxış edirdi. O, bu komandanın heyətində bütövlükdə 131 matça çıxıb. 33 yaşlı qolkiper daha öncə vətənində "Universitatya" (Krayova) və "Astra" klublarında çıxış edib. O, Rumıniya yığmasında da 3 oyun keçirib.
 
Qustavo Kampanyaro isə 2020-ci ildə Braziliyanın "Şapekoense" klubundan transfer olunmuşdu. 30 yaşlı futbolçu Kayseri təmsilçisində keçirdiyi 2 mövsüm ərzində 65 oyuna çıxıb, 1 qol vurub. O, daha öncə "Yuventude", "Braqantino", "Verona", "Evian" və "Ludoqorets"də də forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest