Portuqaliya yığmasının yarımmüdafiəçisi Luiş Naninin karyerasını ABŞ-da davam etdirəcəyi dəqiqləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu "Orlando Siti" ilə müqavilə bağlayıb.

32 yaşlı hücumameyilli oyunçunun transferi MLS təmsilçisinə havayı başa gəlib. çünki "Sportinq" qarşılıqlı razılıqla onunla anlaşmaya xitam verib. Nani "Orlando Siti" ilə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Luiş Nani bu mövsüm Portuqaliya çempionatında 18 oyunda 7 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest