Futbol üzrə Polşa çempionatında 4-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Visla" (Plotsk) da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda Poznan "Legniça" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 4:1.
 
Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü sonadək ehtiyatda qalıb.
 
"Visla" 4 turdan sonra 12 xalla 18 iştirakçı arasında liderdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest