"Qarabağ" futbol klubunun prezidenti Tahir Gözəl komandaya dəstək olmaq üçün Macarıstanın paytaxtı Budapeştə gedib. Matc.az xəbər verir ki, o, UEFA çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində "Ferentsvaroş"la cavab oyunu öncəsi komanda üzvləri ilə görüşəcək.
 
Klubun mətbuat xidmətinin yaydığı məlumatda o da bildirilir ki, klub rəhbəri qarşılaşmanı stadiondan izləyəcək.
 
Avqustun 9-da Budapeştdəki "Groupama Arena"da baş tutacaq "Ferentsvaroş" – "Qarabağ" matçına Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest