çexiyanın "Viktoriya" (Plzen) komandasının baş məşqçisi Mixal Bilek UEFA çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Şerif" (Moldova) üzərində qazandıqları qələbədən (2:1) danışıb. Matc.az xəbər verir ki, 57 yaşlı mütəxəssis pley-off mərhələsində Azərbaycan çempionu "Qarabağ"a rəqib olmalarını da dəyərləndirib:
 
"Super çıxış etməsək də, hər oyunda qələbə üçün var gücümüzü sərf edirik. Pley-offa yüksəlməyimiz ən böyük uğurlarımdan biridir.
 
Pley-offda "Qarabağ"la yox, "Ferensvaroş"la qarşılaşmaq istərdim. "Qarabağ" haqda çox az məlumatım var. Budapeştdəki görüşə də heç kimi göndərməmişdik. Azərbaycanlılar Macarıstanda əla qələbə qazandılar. Bu da necə yüksək səviyyədə komanda olmalarından xəbər verir. Bizi asan heç nə gözləmir. Yəqin ki, orada da hava çox istidir. Böyük hədəfə çatmağa iki oyun qalıb, sona qədər mübarizə aparacağıq. çempionlar Liqasına düşmək bizim əsas məqsədimizdir".
 
"Qarabağ"la "Viktoriya" arasında ilk oyun 16/17 avqustda Bakıda, cavab görüşü isə bir həftə sonra Plzendə keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest