"Qarabağ" UEFA çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Macarıstanın "Ferentsvaroş" klubunu mübarizədən kənarlaşdırıb. Matc.az xəbər verir ki, 3:1 hesabıyla başa çatan cavab oyununda bir məhsuldar ötürmə ilə yadda qalan Kadi Borges təsnifat mərhələlərində ən çox assist edən oyunçudur.
 
Braziliyalı yarımmüdafiəçi 3 qol ötürməsi ilə ilk sıradadır. Kadi bu mövsüm turnirdə 4 qola da imza atıb.
 
"Qarabağ" pley-off mərhələsində çexiyanın "Viktoriya" (Plzen) klubu ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest