Türkiyənin "Beşiktaş" klubunun yarımmüdafiəçisi Emirhan İlkhan İstanbul təmsilçisindən ayrılıb. Matc.az xəbər verir ki, 18 yaşlı futbolçu bundan sonrakı karyerasını İtaliyanın "Torino" komandasında davam etdirəcək.
 
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Turin klubu bu transferə görə "Beşiktaş"a 4.5 milyon avro ödəyib. Gənc futbolçunun gələcəkdə başqa kluba satışından da 15 faiz gəlir Türkiyə təmsilçisinə çatacaq. Yarımmüdafiəçi "Torino" ilə 4 illik müqaviləyə imza atıb.
 
Emirhan İlkhan "Beşiktaş"ın öz yetirməsidir. O, 2021-ci ildən klubun əsas komandasında forma geyinməyə başlamışdı. Yarımmüdafiəçi bu ildən Türkiyənin U-21 yığmasına da dəvət olunur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest