Avropa Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.

Portuqaliyanın "Vitoriya" (Gimaraynş) komandası doğma meydanda Xorvatiya "Hayduk"u ilə qarşılaşıb və minimal hesabla qalib gəlib. Lakin ilk oyunda inamlı qələbəyə sevinmiş Split təmsilçisi növbəti mərhələyə yüksələn tərəf olub.

Bu mərhələnin digər cavab qarşılaşmaları avqustun 11-də keçiriləcək.

Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları
9 avqust

Qzira Yunayted (Malta) – Volfsberger (Avstriya) 0:4
İlk oyun – 0:0

B36 Torshavn (Farer adaları) – Viborq (Danimarka) 1:2
İlk oyun – 0:3

10 avqust

Vitoriya (Portuqaliya) – Hayduk (Xorvatiya) 1:0
İlk oyun – 1:3

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest