Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin komandası "Aleksandriya" Türkiyədə təlim-məşq toplanışını davam etdirir. Matc.az saytının məlumatına görə, Ukrayna təmsilçisi növbəti yoxlama görüşündə qüvvəsini sınayıb.

Vladimir Şaran Ermənistan klubu "Alaşkert"lə görüşdə yetirmələrinin hazırlıq durumu ilə tanış olub. Artyom Polarusun 20-ci dəqiqədəki qolu qarşılaşmada yeganə olub və "Aleksandriya" 1:0 hesablı qələbəyə sevinib. Meydana start heyətində daxil olan Paşayev yalnız 63-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Aleknsadriya" toplanış çərçivəsində son yoxlama matçını sabah "Obolon"a qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest