Topaz Premyer Liqasının XVII turunda keçirilən "Keşlə" - "Sumqayıt" (2:1) oyununun baş hakimi Rauf Cabarovun durumuna aydınlıq gəlib. Matc.az saytının məlumatına görə, zədələndiyi üçün görüşün ikinci hissəsinə çıxmayan Cabarov tibbi müayinədən keçib.

Məlum olub ki, FİFA referisinin arxa ayaq əzələsi dartılıb. Artıq müalicəyə başlayan Raufun təxminən 10 gündən sonra məşqlərə başlaması gözlənilir. Yaşıl meydanlara dönüşü isə sağalma prosesindən asılı olacaq.

Bu isə o deməkdi ki, Cabarovun 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin oyunlarına təyinatında dəyişiklik olmayacaq. O, martın 19-dan 27-dək Hollandiyada keçiriləcək 2-ci qrupun oyunlarında iştirak edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest