UEFA çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan çexiyanın "Viktoriya" (Plzen) klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Plzen təmsilçisi yerli "Siqma"dan Vatslav Yemelkanı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
 
Yeni transfer dərhal komandaya qoşulacaq və Azərbaycan çempionuna qarşı keçiriləcək matçlarda iştirak edəcək.
 
"Qarabağ" və "Viktoriya" arasında ilk oyun avqustun 17-də Bakıda, cavab qarşılaşması isə avqustun 23-də Plzendə keçiriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest