Avstriyanın "Rapid" komandasının baş məşqçisi Ferdinand Feldhofer Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri cavab oyununu şərh edib.

Avstriyanın "Rapid" komandasının baş məşqçisi Ferdinand Feldhofer Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri cavab oyununu şərh edib. Matc.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Matç kifayət qədər ağır oldu. Bakıdakı görüşə zəif başlamışdıq. Evdə öz gücümüzü hiss etdirdik. Qarşılaşma kifayət qədər qəliz alındı. Bir neçə epizodda topu dirəyə vurduq. Növbəti raundda "Vaduts"la (Lixtenşteyn) üz-üzə gələcəyik. Rəqibi ilk matçdan sonra analiz etmişik. Qarşımıza qoyulan hədəflərə çatmağa çalışacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest