"Palmeyras"ın futbolçusu Vitao karyerasını Avropada davam etdirəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, mərkəz müdafiəçisi "Barselona"nın formasını geyinəcək.

Klublar arasında danışıqlar artıq müsbət nəticələnib və 19 yaşlı oyunçu Kataloniya klubu ilə uzunmüddətli müqavilə imzalayacaq. Keçidin yaxın günlərdə açıqlanması gözlənilir. Vitao ilk olaraq "Barselona" B-də çıxış edəcək.

Qeyd edək ki, Vitao 2017-ci ildə Braziliyanın U-17 yığması ilə Cənubi Amerika çempionu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest