"çelsi"nin sabiq futbolçusu Kris Satton komandanın İngiltərə kubokunun 1/8 final mərhələsində "Mançester Yunayted"ə məğlubiyyətini (0:2) dəyərləndirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, keçmiş oyunçu günahı baş məşqçi Mauritsio Sarridə görüb.

Hətta o, çalışdırıcının bu həftə qovulacağını iddia edib: "Bu, Sarrinin "çelsi"nin "sükanı arxası"nda son oyunu idi. O, bir çox səbəbə görə qovulacaq. Məşqçi özü futbolçuları oyuna kökləyə bilmədiyini söyləyib. Sarri sabaha qədər postunda qalacaq. "Mançester Siti" ilə oyuna onu saxlamaqla niyə riskə atsınlar?"

Qeyd edək ki "çelsi"nin yeni baş məşqçisinin Zinəddin Zidan olması gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest