Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib. Komitə I divizionda baş verən neqativ hallara hüquqi qiymət verib. Cəzalara nəzər yetirdikdə aşağı liqada komandaların həvəskar səviyyədə olduğu bir daha təsdiqini tapır.

Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib. Matc.az saytı xəbər verir ki, komitə I divizionda baş verən neqativ hallara hüquqi qiymət verib.

Cəzalara nəzər yetirdikdə aşağı liqada komandaların həvəskar səviyyədə olduğu bir daha təsdiqini tapır. Məsələn, XV turunun MOİK – "Turan Tovuz" görüşündə xərək daşıyan uşaqlar olmadığından meydan sahibi, "Ağsu" – "Şüvəlan" qarşılaşmasında isə matçın protokolunu vaxtında təqdim etməyən qonaqlar 80 manat cərimə olunub.

Həmçinin "Səbail-2" – "Sumqayıt-2" oyununda qonaqlar oyunöncəsi iclasa 7 dəqiqə gecikibsə, "Neftçi-2" – "Kəpəz" matçında top daşıyan uşaqlar qapı arxasında toplarla artıq rəftar ediblər. Bu səbəbdən hər iki komandaya 80 manat məbləğində cərimə kəsilib.

"Zaqatala" – "Sabah-2" görüşünün 79-cu dəqiqəsində isə "Sabah-2"nin futbolçusu Sultan Mustafayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılarkən hakimi təhqir etdiyinə görə, 4 oyunluq diskvalifikasiya olunub, klub 320 manat cərimə olunub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest