"Tottenhem"in hücumçusu Harri Keyn məşqlərə başlayıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçunun sağalma prosesi gözləniləndən tez gedib.

Belə ki, o, öncədən nəzərdə tutulduğu vaxtdan tez kollektivə qoşulub. Keyn artıq Premyer Liqanın növbəti turunda "Bernli" ilə keçiriləcək qarşılaşmanın hazırlıqlarında iştirak edir. Baş məşqçi şans versə, İngiltərə millisinin üzvü bu görüşdə dönüşünü qeyd edəcək.

Qeyd edək ki, "Bernli" - "Tottenhem" oyunu fevralın 23-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest