"Real"ın müdafiəçisi Marselo komandasını dəyişmək qərarına gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Santyaqo Solarinin gəlişindən sonra əsas heyətdəki yerini itirən braziliyalı oyunçu bununla bağlı klub rəhbərliyi ilə görüşüb.

Ardından prezident Florentino Peres və köməkçisi Xose Anxel Sançes bir araya gələrək, oyunçunun məsələsini müzakirə edib. Solarinin seçimindən narazı qalan Marselo mövsümün sonunda getmək fikrindədi. Hazırda onun xidmətində ən çox maraqlı olan klub "Yuventus"du.

Qeyd edək ki, Marselonun "Real"la müqavilə müddəti 2022-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest