Mövsümə böyük ümidlərlə başlayan "Səbail"in ilk iki turda xalsız qalması düşərgədə ab-havanı pozub. Matc.az saytı xəbər verir ki, əsasən də, II turda "Turan Tovuz"a məğlubiyyət baş məşqçi Mahmud Qurbanovla yanaşı, rəhbərliyin də narazılığına səbəb olub.

Artıq komanda daxilində qruplaşma yaranma şübhəsi var. Bu da məşqçilər korpusunu radikal addım atmağa vadar edə bilər. Əgər zəif çıxış və uğursuz nəticə davam edərsə, Mahmud Qurbanov islahatlara əl atmalı olacaq.

Mövsümün startı ərəfəsində Adil Nağıyevi "Şamaxı"ya göndərən çalışdırıcı bir neçə futbolçunu da əvəzedici heyətə göndərməyi düşünür. Əks təqdirdə, bu gedişlə özünün də postunda çox qalmayacağını yaxşı başa düşür. Hətta növbəti turda komanda "Şamaxı"ya qalib gələ bilməsə, o zaman bəzi oyunçuların "qələmi qırılacaq".

Qeyd edək ki, "Şamaxı" – "Səbail" oyunu avqustun 19-da keçiriləcək. Bakılılar ilk iki turda "Qarabağ"a 1:3, "Turan Tovuz"a isə 0:1 hesabı ilə məğlub olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest