"Düşünürəm ki, Azar artıq "Çelsi"nin tarixində öz səhifəsini yazıb. Artıq başqa bir yerdə özünü göstərməlidir. İnkişaf üçün futbolçular mütləq yerlərini dəyişməlidilər. Bu müddətdə "Real" 3 Çempionlar Liqası qazanıb, Azar isə "Çelsi" ilə heç nə əldə edə bilməyib"

Belçika millisinin və "Neftçi"nin keçmiş hücumçusu Emil Mpenza Eden Azara məsləhət verib. Matc.az saytının məlumatına görə, yerli mətbuata danışan eks-forvard "çelsi"linin "Real"a keçməli olduğunu deyib.

"Düşünürəm ki, Azar artıq "çelsi"nin tarixində öz səhifəsini yazıb. Artıq başqa bir yerdə özünü göstərməlidir. İnkişaf üçün futbolçular mütləq yerlərini dəyişməlidilər. Bu müddətdə "Real" 3 çempionlar Liqası qazanıb, Azar isə "çelsi" ilə heç nə əldə edə bilməyib" – deyə Mpenza bildirib.

London klubu ilə 2020-ci ilə kimi müqaviləsi olan 28 yaşlı yarımmüdafiəçinin mövsümün sonunda Madrid klubuna keçəcəyi ilə bağlı xəbərlər dolaşır.

Qeyd edək ki, Emil Mpenza 2010-2012-ci illər aralığında "Neftçi"də çıxış edib, meydana çıxdığı 31 oyunda 6 qola imza atıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest