"Biz Azərbaycanın ən köklü futbol klublarından biri ilə əməkdaşlığımızla fəxr edirik. İdman zəfərlərinin uzunömürlü tarixi, mükafat və titulların böyük siyahısı, eləcə də "Lenovo" ilə ortaq dəyərlər bunun sponsorluqdan daha çox şey olduğunu söyləməyə imkan verir"

"Lenovo" və "Neftçi" Peşəkar Futbol Klubu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Matc.az xəbər verir ki, iki brend arasındakı əməkdaşlıq yüksək performans və davamlı yenilik kimi ortaq dəyərlərin göstəricisidir.
 
"Neftçi" PFK Azərbaycanın ən titullu klublarından biri və ilk peşəkar futbol klubudur. 1968-ci ilə qədər "Neftyanik" adlandırılıb və 27 mövsüm SSRİ-nin Yüksək liqasında çıxış edib. 1966-cı ildə SSRİ çempionatının bürünc medallarını qazanıb. "Neftçi" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan komandasıdır.
 
"Neftçi" PFK-nın prezidenti Kamran Quliyev qeyd edib: "Azarkeşlərlə qarşılıqlı əlaqəni və komandanın inkişafını nəzərə alaraq, "Neftçi" PFK-nın yeni zirvələrə yüksəlməsi üçün futbol və texnologiya arasında əməkdaşlıq vacibdir. Biz "Lenovo" ilə əməkdaşlıqdan məmnunuq. Biz birlikdə "Neftçi"ni daha da texnoloji və mütərəqqi edəcək innovasiyaları stimullaşdıra bilərik".
 
"Biz Azərbaycanın ən köklü futbol klublarından biri ilə əməkdaşlığımızla fəxr edirik. İdman zəfərlərinin uzunömürlü tarixi, mükafat və titulların böyük siyahısı, eləcə də "Lenovo" ilə ortaq dəyərlər bunun sponsorluqdan daha çox şey olduğunu söyləməyə imkan verir – bu həm meydanda, həm də meydandan kənarda uğur qazanmağa can atan qaliblərin əməkdaşlığıdır. Ağıllı texnologiyaların və innovativ məhsulların köməyi ilə "Neftçi" PFK rəqəmsal transformasiyaya doğru daha bir addım atır", deyə "Lenovo" şirkətinin Mərkəzi Asiya üzrə baş direktoru Alnur Yermagambetov bildirib.
 
Əməkdaşlıq çərçivəsində, "Lenovo" "Neftçi" PFK-nı "Lenovo Tab P11" planşetləri kimi smart texnologiyalarla təmin edəcək. Bu planşetlər "Neftçi TV"nin verilişlərinin canlı yayımı, komandanın oyun və məşqləri zamanı, həmçinin klubun mətbuat konfransı zalındakı tədbirlərdə istifadə olunacaq.Lenovo qlobal olaraq böyük idmanın rəqəmsal transformasiyası üçün müasir texnoloji cavabların tətbiqini dəstəkləyir. Şirkət hazırda "Ducati MotoGP™" komandasının titul sponsoru, həmçinin "Formula 1", "İnter" (Milan) Futbol Klubunun, Səudiyyə Ərəbistanı Futbol Federasiyasının və "Şimali Karolina" (ABŞ) Futbol Klubunun texnoloji əməkdaşıdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest